Yeni Zelandiyada sunami təhlükəsi: Sahillərdə naməlum hərəkətlilik qeydə alındı
Yeni Zelandiyanın Şimal adasının şərq sahillərində naməlum mənşəli sunami aktivliyi qeydə alınıb. Hadisənin səbəbi hələ müəyyən edilmədiyindən ölkənin fövqəladə hallar qurumları sahilyanı ərazilər üçün xəbərdarlıq yayıb. HİT.az xəbər verir ki, Yeni Zelandiya Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (NEMA) məlumatına görə, çərşənbə günü Napier və Gisborne şəhərlərində yerləşən su səviyyəsini ölçən cihazlar sunami aktivliyi qeydə alıb. Agentlik dənizdəki hərəkətliliyin mənbəyinin hələlik məlum olmadığını bildirib. Ehtimallardan biri sualtı torpaq sürüşməsidir. Lakin bu versiya hələ təsdiqlənməyib. Napier yaxınlığında qeydə alınan hadisədən sonra Şimal adasının şərq sahillərində yaşayanlara və həmin ərazilərdə olanlara xəbərdarlıq edilib. Bildirilib ki, sahilboyu ərazilərdə güclü və qeyri-adi su axınları, eləcə də əvvəlcədən proqnozlaşdırılması çətin olan dalğalanmalar yarana bilər. NEMA bu vəziyyətin xüsusilə sahilə yaxın ərazilərdə olan insanlar üçün təhlükə yaratdığını vurğulayıb. Güclü axınlar və qəfil dalğalar xəsarətlərə, hətta boğulma hallarına səbəb ola bilər. Xəbərdarlıq üzgüçülərə, sörfinq həvəskarlarına, balıqçılara və sahilyanı sularda olan digər şəxslərə də şamil edilir. Səlahiyyətlilər insanları dərhal sudan çıxmağa, çimərliklərdən və sahil zolağından uzaqlaşmağa çağırıb. Həmçinin limanlara, marinalara, çaylara və estuarlara yaxınlaşmamaq tövsiyə olunub. Təhlükənin mənbəyi ilə bağlı araşdırma davam edir. Samir







.jpg)




