“Başa düşülməyən tapşırıqlar əsasında düşündürücü testlər necə tərtib olunur?”
“BakuTv-nin aparıcısı Elçin Əlibəyli Orta məktəb dərsliklərinin təhlili mövzusunda maraqlı verilişlərə aparıcılıq edir. Pedaqoq, yazıçı Səhər Əhməd Orta məktəblər üçün yazılmış "Ədəbiyyat" və "Azərbaycan dili" dərsliklərindən külli plagiatlığı və saxta müəlliflərin imzası ilə çap olunmuş mətnləri ifşa etdi. E.Əlibəylinin "Fizika"dan Orta məktəb şagirdləri üçün yazılmış dərsliklərin müzakirəsində də anoloji biabırçılıqlarla rastlaşdıq”. Adalet.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib. “Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və bir "Fizika" müəllimi ilə keçirilən müzakirədə məlum oldu ki, dərsliklərdə 286 məzmun səhvinə yol verilib.Həmin verilişdə Şahlar müəllim söylədiyi bir fikirlə təhsil menecerlərinin missiyasını ortaya qoydu: "Sizdən soruşuram, əgər Azərbaycana düşmən qüvvələrin hamısı bir yerə yığışsa, Azərbaycanın əlindən Qələbənin hörmətdən salmaq üçün hardan başlamalıdır, düşmən qüvvələri! Hardan? Əlbəttə ki, təhsildən. Başlıyıblar da!"Şahlar müəllimin oxşar fikrini mən dəfələrə söyləmişəm, ancaq nə faydası...Zəruri qeyd: Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə dəfələrlə vurğulayıb ki, onun rəhbərlik etdiyi qurumun tərtib etdiyi test tapşırıqları Orta məktəb proqramlarından qətiyyən kənara çıxmır. Proqramlar əsasında yazılmış bütün fənlər uzrə dərsliklərin belə bərbad vəziyyətdə olması barədə nə üçün indiyə qədər ictimaiyyəti məlumatlandırmayıblar? "Ədəbiyyat" və "Azərbaycan dili", "Fizika", "Coğrafiya" və digər dərsliklərdə yer almış məzmunsuz, mənasız mətnlər, başa düşülməyən tapşırıqlar əsasında düşündürücü testlər necə tərtib olunur?”, - deyə sual edib. Vasif ƏLİHÜSEYN



jpg_1795036896.jpg)








