Gündəlik icmal
Hər səhər 08:00-da günün əsas xəbərləri e-poçtundaAbunə ol

Məxfilik siyasəti

Yalnız xidməti göstərmək və lenti sizə uyğunlaşdırmaq üçün lazım olan məlumatları saxlayırıq.

Hesab məlumatları

  • E-poçt ünvanı, ad və soyad.
  • Gündəlik icmala abunə olmusunuzsa, abunəlik e-poçtu və abunəliyin vəziyyəti.

Fəaliyyət məlumatları

Hesaba daxil olmusunuzsa, aşağıdakılar hesabınıza bağlı saxlanılır:

  • oxuduğunuz xəbərlər və onları nə vaxt oxuduğunuz;
  • bəyəndiyiniz, bəyənmədiyiniz və saxladığınız xəbərlər;
  • "Sizin üçün" lentində sizə göstərilən xəbərlər və "az göstər" dediyiniz xəbərlər;
  • seçdiyiniz maraq mövzuları.

Bu məlumatlar yalnız "Sizin üçün" lentini maraqlarınıza uyğunlaşdırmaq və hesab səhifənizdə göstərmək üçün istifadə olunur. Üçüncü tərəflərə satılmır və ötürülmür.

Hesaba daxil olmamısınızsa, yalnız xəbərin ümumi baxış sayı artır. Kimin baxdığı qeyd olunmur.

Məlumatlarınızı idarə etmək

  • Oxu tarixçənizi "Oxuduqlarım" səhifəsindən istənilən vaxt silə bilərsiniz.
  • Saxladığınız xəbərləri "Saxladıqlarım" səhifəsindən çıxara bilərsiniz.
  • Gündəlik icmaldan hər məktubun sonundakı linklə çıxa bilərsiniz.
  • Hesabınızın və bütün məlumatlarınızın silinməsi üçün bizə yazın.

Yalnız zəruri cookie-lər istifadə olunur:

  • giriş sessiyası (30 gün);
  • giriş linki göndərilən e-poçtu yadda saxlamaq üçün müvəqqəti cookie (15 dəqiqə).

Reklam və üçüncü tərəf izləmə cookie-ləri istifadə olunmur.