Putin Trampla bu məsələləri müzakirə edib: Görüşdən sonra əhvalı yaxşıdır


Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Ukrayna münaqişəsini və ikitərəfli münasibətləri müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində baş tutan liderlərin görüşü 35-40 dəqiqə davam edib. Uşakov görüşün yaxşı keçdiyini və Putinin görüşdən sonra əla əhval-ruhiyyədə olduğunu vurğulayıb.
O əlavə edib ki, görüşdə xüsusi əhəmiyyətli bəyanatlar səsləndirilməyib.
Müəllif: Roza
1 mənbə