Yeni türk respublikası yaradılır: Krım tatarlarının liderindən mühüm açıqlama


"Krım Muxtar Respublikasının yaradılması istiqamətində bütün hazırlıq işləri yekunlaşıb".
Oxu.Az xəbər verir ki, bunu "Türkiye" qəzetinə müsahibəsində Krım tatarlarının lideri və Ukrayna Ali Radasının deputatı Mustafa Əbdülcəmil Kırımoğlu deyib.
Deputat bildirib ki, rəsmi Kiyevlə bütün istiqamətlər üzrə ortaq məxrəcə gəlinib: "Hazırda müharibə davam edir. Mövcud fövqəladə vəziyyətə görə konstitusiyada hər hansı dəyişiklik mümkün deyil. Lakin muxtariyyətlə bağlı bütün detallarda razılaşmışıq. Bu, həm də Krım tatarlarının öz muxtar dövləti olacaq. Yüzminlərlə sürgün edilmiş Krım sakini öz ana vətənində, öz bayrağı altında yaşamaq məqsədilə geri qayıdacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/dunya/yeni-t…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
