Tramp prezidentlik müddətinin qalan hissəsinin səmərəli keçəcəyinə əmindir


ABŞ prezidenti Donald Tramp qarşıdakı iki ilin “inanılmaz dərəcədə səmərəli” olacağını düşündüyünü bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.
“Belə bir hissim var ki, qarşıdakı iki il inanılmaz dərəcədə səmərəli olacaq. Məsələn, onlar (demokratlar) mənə səhiyyə haqqında qanun layihəsi göndərəcəklər, mən isə “Heç bir halda” deyərək ona veto qoyacağam. Daha sonra mənə zəng edəcəklər və biz danışıqlar masası arxasına əyləşəcəyik”, - deyə Tramp bildirib.
Trampın sözlərinə görə, Demokratlar Partiyasının yüksək vəzifəli nümayəndələri artıq onunla əlaqə saxlayaraq “razılaşmalar əldə etmək istədiklərini” bildiriblər.
ABŞ prezidenti həmsöhbətlərinin adlarını açıqlamayıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
