APEC ölkələri regional əməkdaşlıq üçün yeni mexanizmlər yaradır


Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) üzv ölkələri rəqəmsal texnologiyalar, enerji təhlükəsizliyi və regional ticarət sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Plat.az-ın APEC-in rəsmi məlumatına istinadən xəbər verir ki, Çinin Şençjen şəhərində keçirilən 33-cü liderlər görüşündə təşkilatın 2026-cı il üzrə yekun bəyannaməsi qəbul edilib. Çin Sədri Si Cinpin regional əməkdaşlığın dəstəklənməsi üçün 20 milyon dollar maliyyə ayıracağını açıqlayıb. Həmçinin Şençjendə Asiya-Sakit Okean İcmasının Araşdırmaları Mərkəzinin yaradılması nəzərdə tutulur. Yeni əməkdaşlıq mexanizmləri rəqəmsal texnologiyalar, sərhədlərarası məlumat mübadiləsi, təmiz enerji və kiçik biznesin inkişafını əhatə edəcək. Sənəddə regional ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat bağlantılarının yaxşılaşdırılması və innovasiyaların iqtisadi inkişafa təsirinin artırılması əsas istiqamətlər kimi göstərilib. Gələn il APEC sammitinə Vyetnam ev sahibliyi edəcək.
