Makron Ukraynanın NATO-ya üzvlüyü məsələsinin yenidən müzakirəyə çıxarılmasını təklif edib


19.11.2026 - 22:42
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya mümkün üzvlüyü məsələsinin beynəlxalq danışıqların gündəliyinə yenidən daxil edilməsinin vacibliyini bildirib.
Makron bu barədə Berlində keçirilən “Könüllülər koalisiyası”nın görüşündən sonra danışıb. Fransa lideri Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrin bərpa edilməli olduğunu vurğulayıb.
Editor.az xəbər verir ki, Berlində keçirilən görüşdə Almaniya, Fransa, Böyük Britaniya və İtaliya liderləri, NATO-nun baş katibi Mark Rutte, Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff iştirak ediblər.
Qeyd edək ki, Makron noyabrın 15-də də Ukraynanın NATO-ya üzv olmasının vacibliyini müdafiə etmişdi. O, Ukrayna ordusunun Avropanın ən güclü ənənəvi silahlı qüvvələrindən biri olduğunu bildirərək, Kiyevin alyansda layiqli yer tutmalı olduğunu qeyd etmişdi.
Fransa prezidentinin bu mövqeyi Rusiyada birmənalı qarşılanmayıb. Rusiya Xarici İşlər Nazirliyində Makronun çağırışına istehzalı münasibət sərgilənib, Federasiya Şurasında isə onun bu açıqlamalarının nə dərəcədə əsaslı olduğu şübhə altına alınıb.
//Gülnarə Abasova, Editor.az
Dərc vaxtına görə
