BMT yeni baş katib seçə bilmir: Təşkilat 2027-ci ilə rəhbərsiz daxil ola bilər


Birləşmiş Millətlər Təşkilatında (BMT) növbəti baş katibin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb. Mövcud vəziyyət təşkilatın 2027-ci ilə yeni rəhbər olmadan daxil olması ehtimalını gündəmə gətirib.
Xitab24.az “Reuters”ə istinadən xəbər verir ki, hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Lakin BMT Təhlükəsizlik Şurasının üzvləri onun varisinin müəyyənləşdirilməsi ilə bağlı səkkiz gizli səsvermədən sonra da ortaq qərara gələ bilməyiblər.
Namizədlər arasında BMT sistemində çalışan Rebekka Qrinspan və BƏƏ diplomatı Lana Nusseybəhin adları çəkilir.
Yeni baş katibin qarşısında Ukrayna və Yaxın Şərq münaqişələri, təşkilatın maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlıq və struktur islahatları kimi ciddi məsələlər dayanacaq.
BMT Nizamnaməsində baş katibin səlahiyyət müddəti başa çatdıqdan sonra yeni rəhbər seçilmədiyi halda hansı prosedurun tətbiq olunacağı dəqiq göstərilmir.
Mümkün variantlardan biri Quterreşin səlahiyyət müddətinin uzadılması, digəri isə müvəqqəti rəhbərin təyin edilməsidir. Lakin hər iki variantın həyata keçirilməsi siyasi razılıq tələb edir
1 mənbə

Report+1 mənbə