Leykozla mübarizədə yeni peyvənd ümid yaradıb – ölüm riski 41 faiz azalır


Dünya 19 Noyabr 2026 19:27
ABŞ-da aparılan klinik araşdırmada leykozun müalicəsi üçün hazırlanmış yeni peyvənd ümidverici nəticələr göstərib.
Sitat.info xəbər verir ki, söhbət kəskin mieloid leykozdan əziyyət çəkən xəstələr üçün nəzərdə tutulan galinpepimut-S adlı preparatdan gedir. Üçüncü mərhələ klinik sınaqda 126 xəstə iştirak edib. Araşdırma əsasən xəstəliyi yenidən qayıtmış və sümük iliyi transplantasiyası üçün uyğun olmayan şəxsləri əhatə edib. Nəticələrə görə, peyvənd qəbul edən qrupda ölüm riski digər qrupla müqayisədə 41 faiz aşağı olub. Bu qrupda orta sağqalma müddəti 24 ay, digər müalicələri alanlarda isə 14,7 ay təşkil edib.
Tədqiqatçılar peyvəndin kimyaterapiyadan sonra orqanizmdə qalan xərçəng hüceyrələrinə qarşı immun sistemini aktivləşdirməyə kömək etdiyini bildirirlər. Preparatın geniş istifadəsi üçün əlavə nəticələr və tənzimləyici təsdiq tələb olunur.
Tehran,
Sitat.info
1 mənbə