Husilərin Səudiyyə Ərəbistanına atdığı 4 ballistik raket məhv edilib


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası husilərin ölkənin cənubuna atdığı 4 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki bildirib ki, Yəmənin Zimmar bölgəsində husilərə məxsus raket buraxılış qurğusu da məhv edilib. Qurğunun Ər-Riyada hücum məqsədilə istifadə olunmasının planlaşdırıldığı qeyd edilib.
Səudiyyə Ərəbistanının Abha və Xamis-Muşayt şəhərlərində hava hücumu təhlükəsi ilə əlaqədar erkən xəbərdarlıq sistemi işə salınıb. Sakinlərə təhlükəsiz yerlərdə qalmaq və rəsmi qurumların göstərişlərinə əməl etmək çağırışı edilib. Daha sonra təhlükənin sovuşduğu bildirilib.
