Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü qeyd olunub


18 mənbə əsasında
Azərbaycanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə müxtəlif bölgələrdə və rayonlarda tədbirlər təşkil edilib. 2026-cı il noyabrın 19-da baş tutan mərasimlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidə və büstləri ziyarət olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan və keçdiyi inkişaf yolundan bəhs ediblər. Tədbirlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümü qeyd olunub
Ajans.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Yeni Azərbaycan Partiyasının yaranma tarixinə və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirdə məruzə ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın yaranma tarixindən, təsis olunmasını zəruri edən ictimai-siyasi şəraitdən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin əhəmiyyətini vurğulayaraq, müəyyənləşdirilmiş siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə partiya üzvlərini və fəallarını təbrik edib. O, partiyanın müstəqil Azərbaycanın formalaşması və inkişafı, dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.Rayon rəhbəri, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edib. Bu prosesdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını xüsusi vurğulayıb.Əziz Əzizov ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Beyləqan rayonunda şə
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə
Ajans.azoxuduğunuz
Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümü qeyd olunub

Minatv.az+1 mənbə