Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü qeyd olunub


18 mənbə əsasında
Azərbaycanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə müxtəlif bölgələrdə və rayonlarda tədbirlər təşkil edilib. 2026-cı il noyabrın 19-da baş tutan mərasimlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidə və büstləri ziyarət olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan və keçdiyi inkişaf yolundan bəhs ediblər. Tədbirlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib
2026-cı il noyabrın 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası – 34 il: sabitlik, tərəqqi və tarixi Zəfər yolu” mövzusunda təntənəli mərasim keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin üzvü Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatı və Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər. Əvvəlcə Heydər Əliyev Mərkəzinin binası qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülməklə əziz xatirəsi yad olunub. Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən və müstəqil Azərbaycanın uğurlarından bəhs edən fotosərgi və məktəblilərin əl işlərindən ibarət eksponatlarla tanış olublar. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini və müasir Azərbaycan dövlətçiliyinin formalaşması prosesində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddətdə xalqın böyük inam və etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin partiyanın Sədri
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib