Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü qeyd olunub


18 mənbə əsasında
Azərbaycanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə müxtəlif bölgələrdə və rayonlarda tədbirlər təşkil edilib. 2026-cı il noyabrın 19-da baş tutan mərasimlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidə və büstləri ziyarət olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan və keçdiyi inkişaf yolundan bəhs ediblər. Tədbirlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub
Ajans.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev açaraq iştirakçıları və qonaqları salamlayıb. O, çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini, partiyanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb ictimai-siyasi şəraitdə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, ötən 34 il ərzində Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Bu gün partiyanın fəaliyyətinin əsas istiqamətlərini Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstək, milli maraqların və dövlətçilik ənənələrinin qorunması təşkil edir.Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə siyasi sabitliyin və dövlətçilik ənənələrinin möhkəmləndirildiyini qeyd edib. Bildirib ki, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, ölkəmizin beynəlxalq nüfuzu və mövqeyi daha da güclənir. Abdin Fərzəliyev partiyanın qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsində rayon təşkilatlarının, partiya fəallarının və gənclərin mühüm rolunu xüsusi vurğulayıb.Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında Yeni Azərbaycan Part
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə
Ajans.azoxuduğunuz
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub

Minatv.az+1 mənbə