Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü qeyd olunub


18 mənbə əsasında
Azərbaycanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə müxtəlif bölgələrdə və rayonlarda tədbirlər təşkil edilib. 2026-cı il noyabrın 19-da baş tutan mərasimlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidə və büstləri ziyarət olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan və keçdiyi inkişaf yolundan bəhs ediblər. Tədbirlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “34 illik siyasi yol: Dövlətçilik, milli birlik və güclü Azərbaycan naminə” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Giriş sözü ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə keçirilən tədbir partiyamızın zəngin siyasi tarixinin, dövlətçilik ənənələrinə sədaqətinin və milli birliyimizin növbəti təzahürüdür. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayaraq ölkəmizin inkişaf və tərəqqi yolunda aparıcı siyasi qüvvəyə çevrilmişdir. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji hədəflərə doğru inamla irəliləyir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmiz qarşısında yeni inkişaf mərhələsinin vəzifələri dayanır və YAP bu prosesdə öz siyasi məsuliyyətini uğurla yerinə yetirir. Zəngilan rayon təşkilatı olaraq biz də partiyanın ideoloji prinsiplərinin təşviqi, dövlət siyasətinin ictimaiyyətə çatdırılması və vətəndaşlarla işin gücləndirilməsi istiqamətində fəaliyyətimizi ardıcıl davam etdiririk. Əminik ki, partiyamızın sıralarının daha da genişlənməsi, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və milli həmrəyliyin möhkəmləndirilməsi qarşıdakı dövrdə də əsas prioritetlərimiz olacaqdır. Yeni Azə
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib