Eyyub Quliyev İtaliyada keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin münsiflər heyətində Azərbaycanı təmsil edib -


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının başdirijoru, Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Eyyub Quliyev noyabrın 9-dan 15-dək İtaliyanınApuliya regionunda keçirilən ilk Aralıq dənizi BeynəlxalqDirijorlar Müsabiqəsinin (Mediterranean International Conducting Competition 2026) beynəlxalq münsiflər heyətininüzvü olub.
Bu barədə musiqiçi Trend-ə məlumat verib.
Eyyub Quliyev bu beynəlxalq müsabiqənin münsiflər heyətindəAzərbaycanı ilk dəfə təmsil edib.
"İtaliyanın Molfetta və Bişelye şəhərlərində keçiriləngenişmiqyaslı musiqi yarışı görkəmli italyan dirijoru və musiqipedaqoqu, maestro Mariano Pattinin xatirəsinə həsr olunub. Müsabiqədə dünyanın 30-dan çox ölkəsindən 100-ə yaxın gəncdirijor iştirak edib", - deyə Eyyub Quliyev bildirib.
Musiqiçi tanınmış dirijorları, ifaçıları və aparıcı musiqitəşkilatlarının nümayəndələrini bir araya gətirən beynəlxalqmünsiflər heyətinin tərkibinə daxil olub. Münsiflər heyətininsədri italyan dirijor Marko Qvidarini olub. Komissiyanın digərüzvləri Sara Alleqretta (İtaliya), Fakundo Aqudin (İsveçrə - Argentina), Savitri de Roşfor (Fransa), Pavel İonesku-Ambrosie(Rumıniya), Kalle Kanttila (Finlandiya), Kristian Knapp (ABŞ) və Andrea Sanquineti (İtaliya - Almaniya) olub.
Müsabiqənin seçim mərhələləri və yarımfinalı Molfetta şəhərindəki Auditorium Madonna della Rosa zalında keçirilib. Final mərhələsi isə noyabrın 15-də Bişelye şəhərinin tarixiTeatro Garibaldi teatrında baş tutub.
Yekun konsert Orchestra Sinfonica Federiciana simfonikorkestrinin iştirakı ilə keçirilib. Finalçılar peşəkar simfonikkollektivlə çalışaraq dirijor pultu arxasında öz istedad vəbacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.
İlk dəfə təşkil olunan Mediterranean International Conducting Competition gənc istedadların dəstəklənməsi, peşəkar təcrübəmübadiləsi və akademik musiqi sahəsində beynəlxalqəməkdaşlığın inkişafı üçün yeni platforma rolunu oynayıb.
Eyyub Quliyevin beynəlxalq müsabiqənin münsiflər heyətindəiştirakı Azərbaycan musiqi sənətinin xaricdə tanıdılmasıbaxımından əlamətdar hadisədir. Belə nüfuzlu peşəkarkomissiyada Azərbaycanın təmsil olunması yerli musiqiçilərinbeynəlxalq miqyasda artan iştirakını, eləcə də Azərbaycandirijorluq məktəbinin dünya musiqi ictimaiyyəti ilə əlaqələrininmöhkəmlənməsini nümayiş etdirir.