MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!


gundem / sosial
Bu gün, 14:46
Həyatda elə itkilər var ki, onun ağrısını sözlə ifadə etmək mümkün deyil. Yaxın bir insanın, doğmanın və əziz ailə üzvünün dünyasını dəyişməsi hər kəs üçün ağır mənəvi sarsıntıdır.Vətənpərvərliyi, el-obasına bağlılığı və səmimi insani keyfiyyətləri ilə seçilən, uzun müddət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) məsul vəzifədə çalışmış eloğlumuz Mehman Qəhrəmanova ağır itki üz vermişdir. Onun əmisi Mirid Qəhrəmanov dünyasını dəyişərək haqqın dərgahına qovuşmuşdur.Mirid Qəhrəmanovun vəfatı ailəsi, doğmaları, yaxınları və onu tanıyan insanlar üçün böyük itkidir. İnsanın bu dünyadakı ömrü başa çatsa da, onun xatirəsi, doğmalarının qəlbində qoyduğu iz və yaşadığı həyatla bağlı xatirələr daim yaşayır.Mehman Qəhrəmanov kimi el-obasına, kökünə və ailə dəyərlərinə bağlı insanlar üçün belə bir itkinin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil. Əziz bir insanın yoxluğu hər zaman qəlbdə dərin nisgil yaradır. Bu ağır günlərdə ən böyük təsəlli mərhumun xoş xatirəsini yaşatmaq, onun ruhuna dualar etməkdir.Allah-Təala mərhum Mirid Qəhrəmanova rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Başda Mehman Qəhrəmanov olmaqla, mərhumun bütün əzizlərinə, ailə üzvlərinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir və dözüm diləyirik.Allah rəhmət eləsin! Amin!Şamil CəfərAYB və AJB-nin üzvü

Minatv.az+1 mənbə