Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinə 20 futbolçu çağırıldı


Noyabrın 18-dən etibarən Dalğa Təlim-Məşq Mərkəzində Avropa çempionatının seçmə mərhələsinin I raunduna hazırlaşan 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına 20 oyunçu cəlb edilib.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Serbiyada keçiriləcək turnirə hazırlıq məqsədi daşıyan toplanış noyabrın 23-dək davam edəcək.
Dərc vaxtına görə
