“Qaradağ”la oyunda “Təcili Yardım”olmadı, gec başladılar, xərcə düşdülər


AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda II Liqanın XI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
15.11.2026-cı il tarixində II Liqada XI turun “Ağstafa Gəncləri”– “Difai” oyununda “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Ağstafa Gəncləri” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
16.11.2026-cı il tarixində II Liqada XI turun “Zəngəzur”– “Hypers” oyununda “Hypers” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
16.11.2026-cı il tarixində II Liqada XI turun “Kür-Araz”– “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
17.11.2026-cı il tarixində II Liqada XI turun “Dinamo”– “Şəmkir” oyunu “Dinamo” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Dinamo” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
17.11.2026-cı il tarixində II Liqada XI turun “Dinamo”– “Şəmkir” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1).
1 mənbə
32gun.az+1 mənbə