Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinə 20 futbolçu dəvət olunub


Noyabrın 18-dən etibarən 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin I raunduna hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Dalğa Təlim-Məşq Mərkəzində keçirilən hazırlıq prosesinə 20 futbolçu cəlb olunub.
Noyabrın 23-dək davam edəcək toplanış Serbiyada təşkil olunacaq turnirə hazırlıq xarakteri daşıyır.
Millinin heyətində Nərgiz Ağaliyeva (Şəfa FK), Firuzə Bayramova (Dirçəliş FK), Arzu Cəfərova (İmişli PFK), Səma Əsədova (Sabah FK), Yelizaveta Vaysman (İmişli PFK), Ayan Abdiyeva (Liman UFK), Xədicə Rəhimova (Neftçi PFK), Zəhra İsmayılova (İmişli PFK), Səbinə Şərəfxanova (Krılya Sovetov, Rusiya), Məryəm Səmədli (Sabah FK), Sara Səlimova (Neftçi PFK), Arzu Ağaliyeva (Şəfa FK), Mehri Məmmədzadə (Şəfa FK), Naidə Məmmədova (Dirçəliş FK), Suel Polikarpova (Neftçi PFK), Ayşən Salamzadə (Gaziantep Safir SK, Türkiyə), Xədicə Əlizadə (Sabah FK), Fatimə Kərimli (Sabah FK), Xanım Əsədova (Gaziantep Safir SK, Türkiyə) və Şəhanə Mirzəliyeva (Liman UFK) yer alıblar.
Dərc vaxtına görə
