Qızlardan ibarət U-19 millisinə 20 futbolçu çağırılıb
Tezadlar.azAsif Memmedov


İdman 19 Noyabr, 202618:46
Noyabrın 18-dən etibarən Dalğa Təlim-Məşq Mərkəzində Avropa çempionatının seçmə mərhələsinin I raunduna hazırlaşan 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına 20 oyunçu cəlb edilib.
Tezadlar.az bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.
Serbiyada keçiriləcək turnirə hazırlıq məqsədi daşıyan toplanış noyabrın 23-dək davam edəcək.
Növbəti xəbər yüklənir…
Dərc vaxtına görə
