“Könül Xasıyevanı sərt tənqid etdi: “Muğamı bu vəziyyətə salmağa kim ixtiyar verib?”


Prodüser Sultan Mustafayev Könül Xasıyevanı sərt tənqid etdi: “Muğamı bu vəziyyətə salmağa kim ixtiyar verib?”
Expressxeberler.az xəbər verir ki, prodüser Sultan Mustafayev Xalq artisti Könül Xasıyevanın pivəxanada muğam ifa etməsinə münasibət bildirib.
O, sənətçinin bu addımını muğam sənətinə və milli musiqimizə hörmətsizlik kimi qiymətləndirib. Prodüser hesab edir ki, Könül Xasıyeva baş verənlərə görə xalqdan, xüsusilə də muğamsevərlərdən üzr istəməlidir.
Sultan Mustafayev bildirib ki, Xalq artisti fəxri adını daşıyan sənətçinin belə bir məkanda təsnif və “Segah” ifa etməsi musiqi ictimaiyyətində ciddi narazılıq yaradıb.
Prodüserin sözlərinə görə, Azərbaycan muğamını dünyada tanıtmaq üçün çalışan insanların əziyyətinə də bu cür addımla hörmətsizlik edilir.
O, Könül Xasıyevanın noyabrın 24-də yenidən həmin məkanda çıxış edəcəyinin bildirilməsini də təəccüblə qarşılayıb.
Sultan Mustafayev vurğulayıb ki, Xalq artisti adını daşımaq sənətkara istədiyi addımı atmaq hüququ vermir. O, Könül Xasıyevanı qərarına yenidən nəzər salmağa və xalqdan üzr istəməyə çağırıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler #KönülXasıyeva #Muğam
Kateqoriya: Şou-biznes