İlhamə Abdullayeva işdən çıxarıldı - Yerinə sabiq nazir gəlir


Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın işdən çıxarıldığı və Elm və Təhsil üzrə Dövlət Agentliyində müvafiq vəzifəyə təyin olduğu haqda məlumat yayılıb.
"AzPolitika" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun bununla bağlı müvafiq əmr imzalayıb.
Yayılan məlumatlara görə, İlhamə Abdullayevanın yerinə Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov gətiriləcək.
Elxan Nəcəfov: Naxçıvan Təhsil Nazirliyi tərəfindən 374 şəxs işlə təmin olunub
Abşeron-xızı Regional Təhsil İdarəsindən "AzPolitika"ya yayılan iddianın İlhamə Abdullayevaya aid olan hissəsini təsdiqləyiblər.
Lakin Elxan Nəcəfovun idarəyə yeni rəhbər təyin olunması ilə bağlı məlumat hələlik təsdiqlənməyib.
Əldə etdiyimiz məlumata görə, Elxan Nəcəfovun Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyinatı doğrudur və həftənin birinci günü onun kollektivə təqdim ediləcəyi gözlənilir.
