Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazandı
Operativmm.azOMM Redaksiyası


Azərbaycan idmançıları Yunanıstanın Olimpiya şəhərində keçirilən muaytay üzrə gənclər arasında dünya çempionatını üç medalla başa vurublar. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Əli Cəfərli U-16 yaş qrupunda, 71 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
U-18 yaş qrupunda mübarizə aparan Əfəndi Əfəndiyev 51 kq, Sedat Əliyev isə 57 kq çəki dərəcəsində gümüş medala layiq görülüblər.
Dərc vaxtına görə
