Neymar onları təhqir edib


Braziliyanın "Santos" futbol klubunun hücumçusu Neymar "Koritiba" ilə oyundan (1:0) sonra rəqib komandanın azarkeşləri ilə emosional mübahisəyə girib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, futbolçu görüş boyunca tribunlardan ünvanına səsləndirilən təhqirlərə qəzəblənib.
Matçın taleyi son dəqiqələrdə həll olunub. "Santos" 90+4-cü dəqiqədə Barbozanın vurduğu qolla əzmkar qələbə qazanıb. Final fitindən dərhal sonra Neymar rəqib azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq narazılığını bildirib.
"Axmaqlar! Siz kiçik klubun azarkeşlərisiniz! Mənə hörmət etməlisiniz. Siz B Seriyasına düşürsünüz. Dilinizi soxun qarnınıza" , - deyə futbolçu azarkeşlərə bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
1 mənbə
