“Barselona” üçün ən sərfəli transfer - “Mançester Yunayted”in müdafiəçisi


“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines karyerasını “Barselona”da davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Argentinalı müdafiəçi Kataloniya klubundan təklif gələrsə, onu dinləməyə hazırdır. Martines “Barselona” üçün ən sərfəli transfer variantına çevrilə bilər.
Buna səbəb onun “Mançester Yunayted”lə müqaviləsinin müddətinin cari mövsümün sonunda başa çatacağıdır.
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona”nın transfer siyahısında “İnter”dən Alessandro Bastoni və Dortmund “Borussiya”sından Niko Şlotterbek də yer alır.
Martines bu mövsüm bütün turnirlərdə 11 oyunda meydana çıxıb və 1 qol vurub.
1 mənbə
