Azərbaycan muaytayçıları dünya çempionatında üç medal qazanıblar


Yunanıstanın Olimpiya şəhərində gənclər arasında keçirilən muaytay üzrə dünya çempionatında Azərbaycan idmançıları üç medal əldə ediblər.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, Əli Cəfərli U-16 yaş kateqoriyasında 71 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
U-18 yaş kateqoriyasında mübarizə aparan Əfəndi Əfəndiyev (51 kq) və Sedat Əliyev (57 kq) isə dünya çempionatının gümüş medallarını qazanıblar.
Beləliklə, Azərbaycan təmsilçiləri mundialı bir qızıl və iki gümüş medalla başa vurublar.
Dərc vaxtına görə
