Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar


Bakı, 18 noyabr, AZƏRTAC
Yunanıstanın Olimpiya şəhərində keçirilən muaytay üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançıları üç medal qazanıblar.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yarışda Əli Cəfərli (U-16, 71 kiloqram) qızıl medala layiq görülüb.
Əfəndi Əfəndiyev (U-18, 51 kiloqram) və Sedat Əliyev (U-18, 57 kiloqram) isə dünya çempionatının gümüş medallarını qazanıblar.
Dərc vaxtına görə
