Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazandı - Foto


Azərbaycan cüdoçusu Məhəmməd Musayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rusiyalı İslam Sultiqova qalib gəlib.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımız Nərgiz Əhmədova (48 kiloqram), Aysun Məmmədova (52 kiloqram), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kiloqram) və Ayxan Mirzəzadə (60 kiloqram) isə yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatına noyabrın 22-də yekun vurulacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
