Tramp Kim Çen Inla görüşəcəyini açıqlayıb


© APA | KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp
20 noyabr 2026 02:58 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla gələcəkdə görüş keçirmək niyyətində olduğunu bildirib.
“NBC News” telekanalının müxbiri Qeyb Qutyerres bu barədə Amerika lideri ilə söhbətindən sonra “X” sosial şəbəkəsində məlumat yayıb.
Tramp Asiyaya səfəri zamanı Kim Çen Inla görüşün baş tutmamasının səbəbini sıx iş qrafiki ilə izah edib.
“Münasibətlər davam edir, lakin biz görüşmədik. Həddindən artıq çox görüş var idi. Bu, mümkün olmadı. Nə vaxtsa həmin görüşü keçirəcəyik”, – deyə Tramp bildirib.
İDMAN XƏBƏR
