Xarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur?
Xarici ölkədə izlədiyim və bəyəndiyim bir animasiya filmini Azərbaycanda tərcümə etdirərək kinoteatrlarda nümayiş etdirmək istəyirəm. Filmin istehsalçısı deyiləm, lakin əlaqələrim vasitəsilə nümayiş hüququna ödənişsiz icazə almışam. Bu, sınaq məqsədi daşıyır və uğurlu olacağı təqdirdə növbəti seriyaların nümayişi ilə bağlı danışıqlar aparılacaq. Kinoteatrla müqavilə bağlanacaq və bilet satışından əldə olunan gəlir tərəflər arasında 50/50 nisbətində bölüşdürüləcək. Fərdi sahibkar kimi VÖEN-mi aktivləşdirmək üçün hansı fəaliyyət kodunu seçməli, hansı vergi rejimi üzrə vergi ödəməliyəm? Həmçinin, bu fəaliyyətlə bağlı hər hansı vergi güzəşti nəzərdə tutulubmu?












