Ajda Pekkan buna görə ana ola bilməyib


Türkiyəli müğənni Ajda Pekkan şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, 80 yaşlı sənətçi qatıldığı tədbirdə jurnalistlərlə söhbəti zamanı övlad sahibi olmaması məsələsinə də toxunub. Ana olmağı arzuladığını gizlətməyən ifaçı bu hissin qadın üçün xüsusi bir təcrübə olduğunu bildirib.
Ajda Pekkan etiraf edib ki, sıx iş qrafiki və həyatında qarşılaşdığı çətinliklər onu bu addımdan çəkindirib. O, uşağa lazımi qayğını göstərə bilməməkdən və yanlış qərar verməkdən qorxduğu üçün ana olmaq məsuliyyətini üzərinə götürməyə cəsarət etmədiyini söyləyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Dərc vaxtına görə
