Putin, Tramp və Si Cinpin noyabrın 19-da Çində görüşə bilər
Ajans.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın görüşünün gündəliyinin bəzi məsələləri artıq razılaşdırılıb. Müzakirə olunacaq mövzular arasında Ukrayna münaqişəsinin nizamlanması da var.Uşakov bildirib ki, Putin Çində keçiriləcək sammit çərçivəsində Çin lideri Si Cinpinlə də danışıqlar aparacaq. Tərəflər xarici siyasət məsələlərini, o cümlədən Ukrayna mövzusunu müzakirə edəcəklər.Hazırda üç liderin görüşünün gündəliyi və yekun birgə bəyanatın mətni hazırlanır. Rusiyanın təkliflərini artıq Çin tərəfinə təqdim etdiyi bildirilir.Kremlin sözçüsü Dmitri Peskov isə Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyinin Çindəki görüşün nəticələrindən asılı olacağını açıqlayıb.











