Döyüşlərdən qaçan yəmənlilərin sayı 340 mini keçib


Yəməndə avqustun əvvəlindən etibarən hərbi əməliyyatların intensivləşməsi nəticəsində 340 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) məlumat yayıb.
Bildirilib ki, məcburi köçkünlərin böyük əksəriyyəti üç əyalətin sakinləridir. Onlardan 224 819 nəfəri Təizdən, 72 018 nəfəri Ləhicdən, 40 782 nəfəri isə Hudeydə əyalətindəndir.
Təşkilatın məlumatına görə, davam edən döyüşlər, təhlükəsizlik problemləri və nəqliyyat yollarına qoyulan məhdudiyyətlər humanitar vəziyyəti daha da ağırlaşdırır. Ərzaq və digər zəruri məhsulların çatdırılmasında gecikmələr yaranır, yardım əməkdaşlarının ehtiyacı olan insanlara çatması çətinləşir.
BMT Qaçqınlar üzrə Ali Komissarlığı isə toqquşmaların Xəraz qaçqın düşərgəsinə qədər çatması ilə bağlı məlumatlardan narahatlığını ifadə edib.
Qeyd edək ki, Yəməndə husilər və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ilin avqustundan davam edir.