Bu ölkələr Rusiya ilə sərhədi bağlaya bilər


Litva və Latviya Rusiya ilə sərhədlərini bağlamaq ehtimalını nəzərdən keçirir.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda Rusiyanın sərhəd bölgəsində sabitliyi pozmağa yönəlmiş addımlarına cavab olaraq belə bir qərarın qəbul edilə biləcəyini istisna etməyib.
Nausedanın sözlərinə görə, regionda sabitliyi pozmaq cəhdləri davam edərsə, buna müvafiq cavab verilməlidir.
Latviya isə Estoniyanın dekabrın 1-dən Rusiya ilə sərhədindəki bütün keçid məntəqələrini bağlamaq qərarından sonra mümkün miqrasiya və nəqliyyat axınlarının artmasına hazırlaşır.
Estoniyanın daxili işlər naziri İqor Taro bildirib ki, sərhədin bağlanması nəticəsində insanların və nəqliyyat vasitələrinin əhəmiyyətli hissəsi Latviya ərazisinə yönələ bilər. Bu isə ölkənin sərhəd-keçid məntəqələrində əlavə yük və təhlükəsizlik riskləri yaradacaq.
Nazir Latviyanın da oxşar tədbirlər görmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini vurğulayıb.
