İsraillilər İordan çayının qərb sahilində fələstinlilərə məxsus iki evi zəbt ediblər


İşğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus iki ev israilli məskunlaşanlar tərəfindən zəbt edilib, əkin sahələrinə ziyan vurulub.
Fələstinin WAFA xəbər agentliyinə danışan Cenin şəhərinin yaşayış məntəqələri üzrə məsul şəxsi Tarik İğbariyye bildirib ki, israillilər Cenin şəhərinin cənubundakı Ərəbe qəsəbəsində iki evi ələ keçiriblər.
Onun sözlərinə görə, məskunlaşanlar üç gündür evləri zəbt ediblər. Onlar Məhəmməd Ləhluh adlı fələstinliyə məxsus 300 kvadratmetrlik evə yerləşiblər.
İğbariyye əlavə edib ki, israillilər ev sahibinin ərazidəki torpaqlarına yaxınlaşmasına da mane olurlar. Bundan başqa, 16 dönüm əkin sahəsi şumlanaraq yararsız hala salınıb.
1 mənbə
