Aİ Wildberries-in rəhbərinə qarşı sanksiyalar tətbiq etdi


Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Məhdudiyyətlərə Rusiyanın ən böyük onlayn ticarət platforması Wildberries-in təsisçisi və baş direktoru Tatyana Kim də daxil edilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Aİ xarici işlər nazirləri sanksiya siyahısına 145 fiziki və hüquqi şəxsin, eləcə də Rusiyanın “kölgə donanması”na aid gəmilərin daxil edilməsini razılaşdırıblar.
Sanksiyalar, həmçinin Sankt-Peterburqda yerləşən neft terminalına qarşı da tətbiq olunacaq.
Qeyd edək ki, bu qərar Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiya paketi deyil, mövcud siyahının növbədənkənar yenilənməsidir. 22-ci paketin ilin sonunadək qəbul edilməsi gözlənilir.
