Trampdan Ukraynaya NATO-nun 5-ci maddəsi ilə bağlı təklif: Moskva da razıdır?


ABŞ prezidenti Donald Tramp Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsinə açıqdır.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Almaniyada keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Tramp Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun zəmanətlərin verilməsini mümkün hesab edir. Lakin bu addım ABŞ-ın maraqlarına uyğun olmalıdır.
Kuşner iddia edib ki, Vaşinqton Moskvanı belə təhlükəsizlik zəmanətlərinin mümkünlüyünə inandıra bilib. Onun fikrincə, bu yanaşma Rusiyanın müharibədən sonra yeni münaqişəyə başlamamaq niyyəti ilə uzlaşır.
Fransa prezidenti Emmanuel Makron isə Ukraynanın NATO-ya üzvlüyü məsələsinin yenidən müzakirəyə çıxarılmasına çağırıb. O, həmçinin Kiyevin hava hücumundan müdafiə sistemləri ilə təminatının sürətləndirilməsini istəyib.
Berlində keçirilən "Könüllülər koalisiyası" sammitində Avropa liderləri Ukrayna üzrə gələcək sülh danışıqlarında iştiraklarının vacibliyini vurğulayıblar.
Almaniya kansleri Fridrix Merts danışıqların yaxın vaxtlarda keçirilə biləcəyini, mümkün görüş məkanlarından birinin Birləşmiş Ərəb Əmirlikləri olduğunu bildirib.
Müəllif: Adəm
1 mənbə
