Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: İstefa VƏD ETDİ


Ermənistanın yeni Konstitusiyasının mətni noyabrın 23-də ictimaiyyətə təqdim olunacaq.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə parlamentdə çıxışı zamanı məlumat verib.
“Bazar ertəsi Ədliyyə Nazirliyi yeni Konstitusiyanın mətnini dərc edəcək. Mən xalqa müraciət edəcəyəm”, – deyə o bildirib.
Paşinyan müxalifəti yeni Konstitusiya layihəsinə dəstək verməyə çağıraraq referendumun keçirilməsi üçün tələb olunan altı səsi təmin edə biləcəyini bildirib.
Baş nazir referendumda xalqın layihəyə qarşı səs verəcəyi və onun arqumentlərini inandırıcı hesab etməyəcəyi təqdirdə istefa verəcəyini vəd edib.
“Əgər xalq əleyhinə səs verərsə, vətəndaşlar mənim arqumentlərimi inandırıcı hesab etməzlərsə, istefa verəcəyəm”, – deyə Paşinyan vurğulayıb.
Bundan əvvəl hökumət başçısı istefasını tələb edən müxalifət qüvvələrinə şərtli razılaşma təklif edə biləcəyini də açıqlamışdı. Onun sözlərinə görə, bunun üçün müxalifət yeni Konstitusiya layihəsi ilə bağlı referendumun keçirilməsinə razılıq verməlidir.
Paşinyan əks halda növbədənkənar parlament seçkiləri keçirəcəyini və bunun nəticəsində hazırda parlamentdə təmsil olunan iki müxalifət qüvvəsinin heç birinin parlamentə düşə bilməyəcəyini iddia edib.
