“Qremmi-2027”nin namizədləri


69-cu dəfə keçiriləcək “Qremmi” musiqi mükafatının namizədləri açıqlanıb.
Axşam.az xəbər verir ki, britaniyalı müğənni Rey 11 nominasiya ilə siyahıya liderlik edir.
Rozaliya 9, Ella Lenqli, Miranda Lambert, Oliviya Rodriqo və Fibi Bricers 7, Bruno Mars, Leon Tomas və Oliviya Din isə 6 nominasiya qazanıblar.
“İlin albomu” kateqoriyasında Teylor Svift, Bruno Mars, Rey, Rozaliya, Oliviya Rodriqo və digər məşhur ifaçılar mübarizə aparacaqlar.
Qaliblər 2027-ci il fevralın 7-də Los-Ancelesdə keçiriləcək mərasimdə açıqlanacaq.
1 mənbə
