Yaponiya Baş naziri Putindən həbsdəki jurnalistin azad edilməsini istəyib


Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərində səfərdə olan Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Görüş təxminən 30 dəqiqə davam edib.
Jurnalistin azad edilməsini istəyib
Takaiçi görüş zamanı ötən ay Rusiyada casusluq ittihamı ilə həbs edilən yaponiyalı jurnalistin azadlığa buraxılmasını istəyib.
O, həmçinin Rusiyanı “Japan Tobacco” şirkətinin ölkədəki aktivlərini dövlət nəzarətinə götürmək istiqamətində tətbiq etdiyi tədbirləri geri çəkməyə çağırıb.
Əlaqələr davam etdiriləcək
İki lider arasında keçirilən görüş 2019-cu ildən bəri ilk üzbəüz təmas olub.
Bildirilib ki, liderlər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Mövsüm,
AzNews.az
1 mənbə