Berlində Ukrayna ilə bağlı mühüm diplomatik görüş: ABŞ nümayəndələri Almaniya kansleri ilə danışıblar


19.11.2026 - 21:58
Ukraynanın Avropadakı müttəfiqləri Berlində bir araya gələrək müharibənin dayandırılması və Ukraynanın gələcək təhlükəsizlik təminatlarını müzakirə ediblər.
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də görüşlərdə iştirak ediblər.
Onlar Almaniya kansleri Fridrix Mertslə Çin görüşünün nəticələri barədə fikir mübadiləsi aparıblar.
Danışıqların əsas istiqamətləri Ukraynanın hava hücumundan müdafiəsi, enerji infrastrukturu, maliyyə yardımı və müharibədən sonrakı təhlükəsizlik zəmanətləridir. Avropa ölkələri Kiyevin gələcəyi ilə bağlı qərarların Ukraynanın iştirakı olmadan qəbul edilməsinə qarşı çıxırlar.
//Samir Qurbanov, Editor.az
