Putin Avropa nümayəndələrini Moskvaya dəvət etməyi təklif edib
Editor.azadmin

19.11.2026 - 21:56
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin nümayəndələrini Ukrayna müharibəsi ilə bağlı danışıqların perspektivlərini müzakirə etmək üçün Moskvaya dəvət etməyi təklif edib.
Putinin sözlərinə görə, Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri avropalıların iştirakı olmadan müzakirə etmək məntiqsizdir.
Bununla belə, Moskva Avropa tərəfinin danışıqlara hansı töhfəni verəcəyini əvvəlcədən anlamaq istəyir.
Bu təklif ABŞ-ın Avropa ölkələrinin də danışıqlara qoşulması istiqamətində Rusiyaya təzyiq göstərdiyi bir vaxtda səsləndirilib.
//Samir Qurbanov, Editor.az
