Xəzər dənizinin sahilboyu ərazilərində idarəetmə və nəzarət gücləndirilir


31 mənbə əsasında
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Xəzər dənizinin Azərbaycan sektoruna aid sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib. Qurum rəsmisi İlqar Həbiyev bildirib ki, sahilboyu ərazilərdə yerləşən tikililərin gələcək taleyi onların hüquqi statusundan asılı olaraq müəyyənləşəcək və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və ya sökülməsi nəzərdən keçirilir. İndiyədək ayrı-ayrı rayonların inzibati əraziləri kimi idarə olunan sahilboyu zonalar üçün yeni hüquqi mexanizmlərin və normativ aktların qəbul edilməsi planlaşdırılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Xəzərsahili qanunsuz obyektlər söküləcək?
“Hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür. Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır”. Bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib. “Birincisi, biz gözləməliyik ki, müvafiq normativ hüquqi aktlar təsdiq olunsun. Həmin ərazilər bu günə qədər vahid ərazi deyildi. Ayrı-ayrı ərazilər idi, amma Xəzər sahilboyu deyilən bir ərazi statusu yox idi. Bizim bu ərazi ilə bağlı əsaslanmamız təsdiq olunacaq, qanunvericiliyə müvafiq dəyişikliklər olunacaq. Orada hansı rejim olmalıdır, o müəyyən olunacaq. Tikililər özəlləşdirilə bilər, bilməz, xüsusi mülkiyyət ola bilər, ola bilməz. Təbii ki, dövlət o sahəni dövlət mülkiyyəti kimi görür, indi buna gedişatda da baxacağıq. Amma buna qədər qanuniləşmiş müəyyən obyektlər var, qanuniləşmiş mülkiyyət formaları var. Onlara qanunvericilik, Azərbaycan hüquqi dövləti qanunvericiliyi hansı formatda yanaşırsa, biz də o formatda yanaşacağıq. Amma deyildiyi kimi, tamamilə yararsız, əndazəsiz və heç bir ictimai əhəmiyyət kəsb eləməyən, əhaliyə xidmət göstərməyə layiq olmayan tikililər təbii ki, tənzimlənməlidir. Burada indi biz bunu birmənalı deyə bilmərik ki, o söküləcək, ya yox”, - şöbə müdiri əlavə edib.
Tam oxu Mediabiz saytındaDərc vaxtına görə
Mediabizoxuduğunuz
Xəzərsahili qanunsuz obyektlər söküləcək?