Xəzər dənizinin sahilboyu ərazilərində idarəetmə və nəzarət gücləndirilir


31 mənbə əsasında
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Xəzər dənizinin Azərbaycan sektoruna aid sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib. Qurum rəsmisi İlqar Həbiyev bildirib ki, sahilboyu ərazilərdə yerləşən tikililərin gələcək taleyi onların hüquqi statusundan asılı olaraq müəyyənləşəcək və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və ya sökülməsi nəzərdən keçirilir. İndiyədək ayrı-ayrı rayonların inzibati əraziləri kimi idarə olunan sahilboyu zonalar üçün yeni hüquqi mexanizmlərin və normativ aktların qəbul edilməsi planlaşdırılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA
Uzun illərdir Xəzər dənizinin ekoloji vəziyyəti həm təbii, həm də antropogen amillərin təsiri ilə müəyyən çətinliklərlə üzləşir. İqlim dəyişiklikləri nəticəsində dəniz səviyyəsinin aşağı düşməsi, sahil xəttinin geri çəkilməsi, eləcə də sahilboyu ərazilərdə insan fəaliyyətinin yaratdığı təsirlər bu ərazilərin mühafizəsi və idarə olunması məsələsini aktuallaşdırır. Adalet.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib. Qeyd edib ki, Xəzər dənizinin xüsusi su obyekti kimi statusu, hövzənin ekoloji problemləri və ətraf ərazilərdə baş verən proseslər bu sahədə vahid və əlaqələndirilmiş dövlət siyasətinin həyata keçirilməsini zəruri edir. Onun sözlərinə görə, son dövrlərdə Xəzər dənizində su səviyyəsinin azalması və sahilboyu ərazilərin dəyişməsi qarşıya yeni vəzifələr ortaya qoyur. “Bununla yanaşı, həmin ərazilərdə antropogen təsirlər, torpaq sahələrindən qanunsuz istifadə və digər nizamsız fəaliyyətlər də mövcuddur. Dövlət qurumları belə halların qarşısının alınması istiqamətində tədbirlər görsələr də, bəzi proseslərin tənzimlənməsi mövcud qanunvericilik çərçivəsində çətinliklər yaradır. Sahilboyu ərazilərlə bağlı imzalanmış yeni fərmanın əsas məqsədlərindən biri dövlət nəzarətinin və ictimai monitorinqin gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, eləcə də qanun pozuntularına qarşı məsuliyyət tədbirlərinin təkmilləşdirilməsidir. Xəzərin sahilboyu ərazilərinə yalnız ekoloji mühafizə baxımından deyil, həm də mühüm iqtisadi resurs kimi yanaşılmalıdır. Bu ərazilərdən səmərəli istifadə, sahibkarlıq fəaliyyətinin inkişafı, dövlətin iqtisadi maraqlarının qorunması və vətəndaşların istirahət-rekreasiya hüquqlarının təmin edilməsi arasında tarazlıq yaradılması vacibdir. Eyni zamanda, ərazilərdə nizamsız və qanunvericiliyin tələblərinə uyğun olmayan fəaliyyətlərin qarşısının alınması mühüm əhəmiyyət daşıyır”, - deyə şöbə müdiri vurğulayıb. İ.Həb
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
Adalet.azoxuduğunuz
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA
