Mirziyoyev Türkiyənin vitse-prezidentini qəbul etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Noyabrın 19-da baş tutan görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın inkişaf etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Danışıqlar zamanı ticarət-iqtisadi əlaqələr, investisiyalar, sənaye, kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları, turizm, nəqliyyat və energetika sahələrində birgə fəaliyyətin artırılması perspektivləri nəzərdən keçirilib.
Görüşdə son illərdə Özbəkistan-Türkiyə münasibətlərinin sürətlə inkişaf etməsi, qarşılıqlı ticarət dövriyyəsinin və birgə müəssisələrin sayının artması məmnunluqla vurğulanıb
Sizə maraqlı ola bilər
Lavrovdan sərt ittiham – Qərb paytaxtları hədəfdə
Ursula fon der Lyayen: “Bu qəbuledilməzdir!”
Katar İranla gizli danışıqlar iddialarını təkzib etdi: “Həll regional olmalıdır”
Masadıkov : “Ermənistan bu tarixdə KTMT-dən çıxa bilər”
Post Views: 7
ÖzbəkistanTürkiyə