Van Qoqun əsəri 190 milyon dollara satılıb


Van Qoqun "Çiçəklənən şabalıd ağacları" əsəri Nyu-Yorkdakı "Sotheby's" hərracında 190,43 milyon dollara satılıb.
Bakıvaxtı.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, müəyyən ümddət öncə yəhudi Fişer ailəsinin nəsilləri Vinsent van Qoqun "Çiçəklənən şabalıd ağacları" əsərini hərracdan çıxarmaq üçün "Sotheby's" auksionuna müraciət etmişdilər.
Onlar iddia edirdilər ki, rəsmin 1936-cı ildə Hollandiyadakı nasist rejiminin təzyiqi altında satılması məcburi olub. Ailənin vəkili, "Sotheby's" 1930-cu illərin satışının pulsuz və könüllü olduğunu sübut edə bilənə qədər hərracın keçirilə bilməyəcəyini bildirmişdi.
Hərracda həmçinin Pyer-Ogüst Renuarın "Qayıqdakı gənc qadın" portreti 27,5 milyon dollara, Klod Monenin "Tüileri bağı" mənzərəsi 20,23 milyon dollara və Edqar Deqanın "Yarışlardan əvvəl" əsəri 18 milyon dollara satılıb.
Gülşən Şərif
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Van Qoqun əsəri 190 milyon dollara satılıb