Van Qoqun əsəri 190 milyon dollardan baha satıldı


Dünya şöhrətli niderlandlı rəssam Vinsent van Qoqun ömrünün son aylarında çəkdiyi “Çiçəklənən şabalıd ağacları” tablosu rekord qiymətə satılıb.
Metbuat.az xəbər verir ki, 1890-cı ildə yaradılan rəsm əsəri Nyu-Yorkda təşkil olunan “Sotheby's” hərracında 190,4 milyon dollara alıcı tapıb.
lkin dəyəri 180 milyon dollar qiymətləndirilən tablo bununla da Van Qoqun ən baha satılan əsəri olub. Rəssamın əvvəlki hərrac rekordu 2022-ci ildə 117,2 milyon dollara satılan əsərinə məxsus idi.
Məlumata görə, hərracdan bir neçə saat əvvəl tablonun mülkiyyət hüququ ilə bağlı uzun müddətdir davam edən mübahisə həllini tapıb. Əsərin son sahibləri olan argentinalı Blaquier ailəsi ilə əvvəlki sahibi, alman naşiri Samuel Fişerin varisləri arasında razılıq əldə edilib.
Qeyd edək ki, 1909-cu ildə Samuel Fişer tərəfindən alınan tablo 1975-ci ildən Blaquier ailəsinin şəxsi kolleksiyasında saxlanılıb.
Van Qoqun son yaradıcılıq dövrünə aid ən dəyərli nümunələrdən sayılan əsərin yeni sahibinin kimliyi açıqlanmayıb.
Dərc vaxtına görə
Metbuat.azoxuduğunuz
Van Qoqun əsəri 190 milyon dollardan baha satıldı
