Belçikada iğtişaşlara qarşı yeni hərbi polis bölməsi yaradılır


19 Noyabr 2026 16:03
70
DÜNYA
Belçikada irimiqyaslı kütləvi hadisələrə və zorakılıq hallarına müdaxilə etmək məqsədilə hərbi təlim görmüş əməkdaşlardan ibarət yeni polis bölməsi yaradılacaq.
“Euronews” telekanalının məlumatına görə, Belçikanın müdafiə naziri Teo Franken Federal Parlamentdəki çıxışında “Rijkswacht 2.0” adlandırılan bu bölmənin yaradılması üçün daxili işlər naziri Bernar Kentenlə aparılan danışıqlarda mühüm irəliləyiş əldə edildiyini bildirib.
Nazir Brüssel və Lyej şəhərlərindəki etirazlar zamanı baş verən iğtişaşlardan sonra irəli sürdüyü təklifə yönələn tənqidlərə cavab olaraq, keçmişdə də ölkədə oxşar strukturun mövcud olduğunu xatırladıb. Son illərdə ictimai asayişin qorunması istiqamətində yetərli addımların atılmadığını deyən T.Franken Müdafiə Nazirliyi nəzdində kütləvi hadisələrə müdaxilə üzrə hələ də təcrübənin qaldığını vurğulayıb. O, yeni hərbi heyətə bu sahədə təlim keçilməsi üçün Müdafiə Qüvvələri komandanına göstəriş verdiyini və nazirliyin yeni bölməyə təxminən 400 əməkdaşla dəstək verəcəyini açıqlayıb.
Qeyd edək ki, Belçikada oktyabrın əvvəlindən bəri təhsil islahatlarına, büdcə kəsirlərinə və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi tələbə və həmkarlar ittifaqı etirazları davam edir. Son bir ayda ölkə üzrə keçirilən aksiyalarda barrikadalar qurulub, yollar bağlanıb və 600-dən çox etirazçı saxlanılıb. Təxminən 3 min nəfərin qatıldığı sonuncu aksiyada isə polis təzyiqli sudan və gözyaşardıcı qazdan istifadə edib.
Təhminə VERDİYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!