Nadir genetik xəstəlik immun sisteminin gizli qüsurunu üzə çıxarıb


19 Noyabr 2026 16:00
76
DÜNYA
Alimlər təhlükəli iltihablara yol açan nadir genetik xəstəliyin əsl səbəbini aşkar edərək 30 illik elmi təsəvvürləri dəyişiblər.
“Science Daily” portalının məlumatına görə, Avstraliyanın Qarvan Tibbi Tədqiqatlar İnstitutunun alimləri “mevalonat kinaza çatışmazlığı” (MKD) adlanan nadir xəstəlikdə immun sisteminin “təbii qatil” hüceyrələrinin düzgün işləmədiyini müəyyənləşdiriblər. “Immunity” jurnalında dərc olunan bu kəşf mövcud müalicələrə cavab verməyən xəstələr üçün yeni ümid yaradır.
Təxminən otuz il ərzində tədqiqatçılar yüksək hərarət, dəri səpgiləri, oynaq ağrıları və daxili orqanların iltihabı ilə müşayiət olunan bu xəstəliyin səbəbini başqa immun hüceyrələrində axtarırdılar. Lakin indiyədək tətbiq olunan dərmanlar xəstələrin təxminən yarısında yetərli nəticə vermirdi.
Tədqiqatın rəhbəri professor Mayk Rocers bildirib ki, əsas problem “təbii qatil” hüceyrələrinin öz işini görə bilməməsidir. Normalda bu hüceyrələr virusa yoluxmuş hüceyrələri məhv etmək üçün daxilindəki zəhərli maddələri xaric edir. Həmin xəstələrdə isə bu maddələr hüceyrənin daxilində sıxışıb qalır. Hədəfini məhv edə bilməyən hüceyrə sanki “kömək çağırmaq” üçün ətrafa külli miqdarda güclü iltihab siqnalı yayır. Nəticədə digər immun hüceyrələri də həddindən artıq aktivləşir və orqanizmdə təhlükəli iltihab başlayır.
Bu kəşf Melburndakı Kral Uşaq Xəstəxanasında ağır vəziyyətdə olan bir körpənin müalicəsində artıq sınaqdan keçirilib. Həkimlər körpənin müalicəsinə artrit və ekzema kimi xəstəliklərdə istifadə olunan “barisitinib” dərmanını əlavə ediblər. Nəticədə uşaqda iltihab tutmaları azalıb və mədə-bağırsaq sistemindəki ağır zədələnmələr sağalmağa başlayıb.
Alimlər eyni maddələr mübadiləsi pozuntusu ilə bağlı olan digər genetik xəstəliklərin də oxşar sistemlə yarandığını düşünürlər. Bu kəşf gələcəkdə bir çox nadir xəstəliyə daha tez diaqnoz qoyulmasına və onların effektiv müalicəsinə imkan verəcək.
Təhminə VERDİYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1 mənbə
